Azreform.info DailyMail-ə istinadən bildirir ki, tədqiqat 163 müstəqil dövlət və ərazini əhatə edir, ictimai təhlükəsizlik, daxili və beynəlxalq münaqişələr, hərbiləşmə dərəcəsi əsasında sülhsevərlik səviyyəsini qiymətləndirir.
Hesabata görə, İslandiya mövcud vulkanik fəaliyyətə baxmayaraq ən təhlükəsiz ölkədir, ondan sonra 2-ci yerdə Danimarka, 3-cü yerdə İrlandiya və 4-cü yerdə Yeni Zelandiya gəlir.
ABŞ (131) Cənubi Afrika (130-cu) və Haitidən (129-cu) geri qalıb.
Əfqanıstan (163-cü) ardıcıl olaraq səkkizinci il dünyanın ən təhlükəsiz ölkəsi seçilib, ondan sonra Yəmən (162), Suriya (161), Cənubi Sudan (160) və Konqo Demokratik Respublikası (159) yer alıb.