Tovuzda kişi quş vurmaq istəyərkən özünü güllələdi

9
Fev
2024
12:00

Tovuz sakini özünü güllələyib.

Hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.

1959-cu il təvəllüdlü Arif Rəhmanov yaşadığı evin arxa tərəfində quş vurmaq istəyərkən ehtiyatsızlıqdan ov tüfəngindən açılmış atəş nəticəsində özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.

©APA