“Qalatasaray” Saşa Boenin gedişindən sonra müdafiənin sol cinahında yaranan boşluğu doldurub.
Türkiyə klubu “Hannover”li Derrik Könü heyətinə qatıb.
25 yaşlı futbolçu tibbi müayinədən keçmək və “Cim-Bom”la rəsmi müqavilə imzalamaq üçün artıq İstanbuldadır. Bu transfer Almaniya klubuna təxminən 3 milyon avro qazandıracaq.
Qeyd edək ki, Derrik Kön “Bavariya”nın yetirməsidir.
©Qafqazinfo