Ən çox “ən yaxşı” seçilən 10 futbolçu - SİYAHI

8
Fev
2024
00:35

Fransanın “PopFoot” nəşri 2009-cu ildən bəri dünyanın aparıcı çempionatlarında matçın ən yaxşısı seçilən futbolçuların sıralamasını açıqlayıb.

Publika.az xəbər verir ki, reytinqdə birinci yeri Lionel Messi tutub. 36 yaşlı argentinalı hücumçu “Barselona” və PSJ ilə La Liqa və Liqa 1-də 628 oyun keçirib və onlardan 324-də (51,6%) ən yaxşı seçilib.

İkinci yerdə Leonun əzəli rəqibi Kriştiano Ronaldo qərarlaşıb. Premyer Liqa, La Liqa və A Seriyasında 612 oyun keçirən 39 yaşlı portuqaliyalı hücumçu iştirak etdiyi oyunların 28,8%-də ən yaxşı seçilib. “İlk üçlüy”ü Neymar qapayıb. “Sambaçı” İspaniya və Fransa çempionatlarında keçirdiyi 336 matçdan 90-da ən yaxşı olub.

1. Lionel Messi (Barselona, ​​PSJ) – 51,6% (324/628).

2. Kriştiano Ronaldo (Mançester Yunayted, Real Madrid, Yuventus) – 28,8% (176/612).

3. Neymar (Barselona, ​​PSJ) – 26,8% (90/336).

4. Zlatan İbrahimoviç (Barselona, ​​Milan, PSJ, Mançester Yunayted) – 24,2% (96/396).

5. Kilian Mbappe (Monako, PSJ) – 24% (82/342).

6. Erlinq Haaland (Borussiya, “Mançester Siti”) – 21,5% (39/181).

7. Harri Keyn (Tottenhem, Bayern) – 21,2% (98/463).

8. Aryen Robben (Bayern) – 20,3% (57/281).

9. Kevin de Bruyne (Verder Bremen, Çelsi, Volfsburq, Mançester Siti) – 19,3% (86/446).

10. Eden Hazard (Lill, Çelsi, Real) – 19,2% (100/520).