İordaniya millisindən tarixi nəticə

6
Fev
2024
23:42

Futbol üzrə Asiya Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

Azreform.info ” xəbər verir ki, İordaniya seçməsi Cənubi Koreya ilə üz-üzə gəlib.

Görüş İordaniya millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da İordaniya millisi tarixində ilk dəfə finala adlayıb.

Yarımfinalın növbəti qarşılaşması İran və Qətər yığmaları arasında olacaq. Sabah baş tutacaq matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.