“Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov da “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşulub.
Azreform.info xəbər verir ki, o, videomüraciətdə hər kəsi, xüsusilə də idmançıları kampaniyaya qoşulmağa çağırıb.
Peşəkar idmançı bildirib ki, qida rasionuna fikir verilməli, gündəlik qidalanmada şəkər istehlakı azaldılmalı və sağlam həyat tərzinə üstünlük verilməlidir.
Xatırladaq ki, Q.Qurbanovdan əvvəl isə gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin üzvləri Müşfiq Cəfərov və Emin Hacıyev, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “ABAD” publik hüquqi şəxs bu kampaniyaya qoşulub.