Fuad Əliyev MDB Müşahidə Missiyasının üzvləri ilə görüşüb

4
Fev
2024
13:49

 

Bu gün prezidentliyə namizəd Fuad Əliyev 7 fevral 2024-ce ildə Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək MDB Müşahidə Missiyasının üzvləri ilə görüşüb.

Azreform.info xəbər verir ki, missiya üzvləri fəaliyyətləri ilə bağlı F.Əliyevə məlumat verib, görüləcək işlər haqqında danışıblar.

F.Əliyev isə öz növbələrində seçki qanunvericiliyi, müşahidəçiləri və seçki kampaniyasının gedişatı barədə MDB Müşahidə Missiyasının təmsilçilərinin suallarını cavablandırıb.