Maykl Cordanın əşyası 8 milyona satıldı

3
Fev
2024
19:14

ABŞ millisinin əfsanəvi basketbolçusu Maykl Cordanın idman ayaqqabıları hərracda rekord məbləğə satılıb.

Azreform.info xarici mediaya istinadən xəbər verir ki, 60 yaşlı veteran oyunçunun Milli Basketbol Assosiasiyasında (NBA) çempionluq yaşadığı 1991-ci, 1992-ci, 1993-cü, 1996-cı, 1997-ci və 1997-ci illər mövsümündə istifadə etdiyi ayaqqabılar 8 milyon ABŞ dollarından artıq qiymətə satın alınıb.

Bu, indiyədək idman ayaqqabılarının satışı üzrə rekord göstəricidir.

Qeyd edək ki, Maykl Cordan karyerası ərzində “Çikaqo Bullz” və “Vaşinqton Vizards” komandalarının formalarını geyinib.