Fuad Əliyev seçicilərlə növbəti görüşünü Mingəçevirdə keçirib

3
Fev
2024
15:57

 

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar prezidentliyə namizədi Fuad Əliyev seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Mingəçevir şəhər Dövlət Dram Teatrında keçirib.

Azreform.info xəbər verir ki, Prezidentliyə namizəd ənənəvi olaraq seçicilərini seçki platforması və proqramı ilə tanış edib və səs qazanacağı təqdirdə görəcəyi işlərdən bəhs edib.

Namizəd bu dəfə ölkənin xarici siyasət və əhalinin sosial problemlərindən, xüsusən də təhsil, səhiyyə sistemində həllini gözləyən problemlərdən, həllini gözləyən məsələlərdən danışıb.

F.Əliyev qeyd edib ki, problemləri həll etmək üçün təxirəsalınmaz islahatlar həyata keçirilməlidir: "Ölkədə işsizlərin sayı azaldılmalı, əmək haqları, pensiya və müavinətlər artırılmalı, yeni iş yerləri açılmalı, sahibkarlara vergi güzəştləri tətbiq edilməli, bütünlüklə əhalinin sosial rifahı yaxşılaşmalıdlr".

Sonda F.Əliyev seçicilərin suallarını cavablandırıb.

15:56 | 3.02.2024