Ermənistanın müdafiə naziri: “Xidmətə hazırlığımız çatışmır, bəziləri ordudan yayınır”

3
Fev
2024
09:28

“Orduda xidmətə hazırlığımız çatışmır, bəziləri xidmətdən yayınmağa çalışır”.

Bunu Ermənistanın müdafiə naziri Suren Papikyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

Papikyan etiraf edib ki, 2023-cü il silahlı qüvvələr üçün ağır il olub.

"Hərbi xidmətə çağırışa gəlincə, bəli, narahatlıq doğuran problemlər var. Amma biz onları həll etməyə çalışırıq", - nazir deyib.

Papikyan hərbi universitetdə islahatların aparılmasını vacib sayıb.

O, yanvarda orduda “dedovşina” və qəzalar nəticəsində bir neçə hərbçinin öldüyünü qeyd edib.

©Report