Dünyada ən təhlükəli virusun adı açıqlandı – “Bioloji silahdır...”

3
Fev
2024
02:35

Növbəti pandemiya yaratmaq gücündə olan virus hansıdır?

“Medicina” xəbər verir ki, virusoloq alim Pavel Volkov virusların içində ən güclüsünü açıqlayıb:
“Növbəti pandemiyanın oyadıcısına namizəd quş qripi virusunu demək olar.

Virusoloqlar bu qripin arxasında hansı gücün olduğunu bilir, ona görə onu aktiv monitorinq edirlər. Koviddəki səhvi etmək olmaz. Pandemiyaya qədər o virus ciddi təhlükəli hesab edilmirdi.

Ona görə hazırlıqsız yaxalandıq. Quş qripi isə çoxdan nəzarətdədir. Hamı çox gözəl anlayır ki, quş qripi potensial bioloji silahdır.

Bu virusun insan ağciyərlərinə çatması üçün çox miqdarda virus yükü lazımdır, bu isə broyler fabriklərində mümkündür. Virusun insana yoluxması halı olub, amma son 20 ildə xəstə insandan digər insanlara yayılması sübut olunmayıb.

Mən şəxsən quş qripini birinci yerə qoyardım, amma virusoloqlar indi nəzərə çarpmayan başqa bir virusdan ehtiyat edir”.