Qadınlar bədən hərarətinin yüksəlməsinə daha dözümlüdür, hətta qızdırmalı kişiləri gülüş hədəfinə çevirən videolar da sosial şəbəkələrdə yayılır. Doğrudanmı kişi qızdırmadan ölə bilər?
“Medicina” xəbər verir ki, nevroloq Yekaterina Demyanovskaya bu fərqin tibbi izahını verib.
“Bunun bir neçə səbəbi var. Birinci səbəb qadın bədəni temperaturu ovulyasiya zamanı artır və isti olur. Eləcə də menstrual tsiklin sonunda yüksələ bilir. Ona görə də subfebril temperatur, yəni 37 dərəcə qadınlar üçün adi haldır.
Eləcə də qadınların çəkisi və əzələ kütləsi kişilərdən az olduğu üçün bədən istilik verməni rahat edir və qızdırmanı daha rahat keçirir.
Qadın hormonu estrogen immunitetin infeksiyaya qarşı reaksiyasını təmin edir, kişidə bu hormon azdır.
Fizioloji səbəblərdən əlavə psixoloji səbəb də var. Qadınlar psixoloji olaraq daha aktiv və fikrini ailəyə, uşaqlara yönəldir. Eləcə də onlar səhhətlərinə daha həssasdır, sağlamdır, vaxtında həkimə gedir”.