Səudiyyə Ərəbistanında yerli “Əl-Nəsr”lə ABŞ-nin “İnter Mayami” klubu arasındakı yoldaşlıq görüşü qonaqların darmadağını ilə bitib.
Azreform.info xəbər verir ki, ərəb komandası rəqibinin qapısından düz 6 cavabsız qol keçirib - 6:0.
Oyunda Taliska het-trikə (10, 51p., 76) imza atıb. Onunla yanaşı Otavio (3), Laporte (12), Marran (68) fərqləniblər.
Qeyd edək ki, zədə səbəbindən “Əl-Nəsr”in heyətində Kriştianu Ronaldu görüşdə iştirak etməyib. “İnter Mayami”də isə Lionel Messi yalnız qarşılaşmanın 83-cü dəqiqəsində meydançaya çıxıb.