AFFA İntizam Komitəsi "Turan Tovuz"un futbolçuları Budaq Nəsirov və Elxan Qasımovu 4 oyunluq cəzalandırıb.
“Azreform.info ” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna hər iki oyunçunun əvəzedici komandanın heyətində "Səbail-2" ilə matçda təcavüzkar davranışa yol vermələri səbəb səbəb olub.
Onlar komanda yoldaşlarını vurduqları üçün bu cəzaya məruz qalıblar. Bölgə təmsilçisi hər futbolçuya görə 300 manat ödəməlidir.