Azərbaycanda Federasiya prezidenti məhkəmə qarşısına çıxarılır - FOTO

1
Fev
2024
13:56

Azərbaycan Aikido Federasiyasının prezidenti Fərhad Ələsgərov məhkəməyə verilib.  

"Mənzərə Park" şirkəti federasiya və onun prezidenti barədə Nərimanov Rayon Məhkəməsinə müraciət edib.

İşin mahiyyəti mülkiyyət hüququ ilə əlaqədardır.

İddia hakim Mehriban Əfəndizadənin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, "Mənzərə Park" şirkəti 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin sahibi Qadir Nadir oğlu Hüseynovdur.

©İqtisadyyat.az