Fuad Əliyev: Digər namizədlərin seçki platformasını nəzərə alaraq müəyyən təkliflər irəli sürəcəyəm

1
Fev
2024
13:45

Növbədənkənar prezident seçkilərinə 6 gün qalıb. Bəzən seçkilərdən sonra qalib komanda seçkinin favoritləri olanlara, daha doğrusu ikinci, üçüncü yerləri qazanan şəxslərə kabinetdə təmsil olunmaq təklifi verir.

Maraqlıdır, bu qayda Azərbaycanda da tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Prezidentliyə namizəd Fuad Əliyev isə vurğulayıb ki, seçicilər etimad göstərsə və prezident seçilsə, digər namizədlərin seçki platformasını nəzərə alaraq müəyyən təkliflər irəli sürəcək:

“Mənə hər hansı vəzifə ilə bağlı təklif irəli sürülərsə, bunları dəyərləndirib, ona əsasən qərarımı verəcəm”.