Qadının ən xoşbəxt olduğu yaş açıqlandı.
Qadınlar kişilərdən çox xoşbəxtlik axtarışında olsa da və gənclik illərində daha bəxtəvər olduqlarını desələr də alimlər tamam fərqli nəticə ortaya çıxarıb.
“Medicina” xəbər verir ki, qadınlar özlərini 37-38 yaşda daha xoşbəxt hiss edirlər.
Kişilərdə isə bu yaş 41-dir.
Britaniyalı sosioloqlar yaşı 70 və yuxarı olan 1500 insan arasında sorğu aparıb.
Sorğu qadınların 38 yaşda özlərini daha yaxşı, daha xoşbəxt hiss etdiyini göstərib.
Çünki bu yaşda stabil münasibət, ailə, karyera uğuru və digər stabil dəyərlər daha güclü olub.
Eləcə də insanın özünü xoşbəxt hiss etdiyi 3 məqam açıqlanıb: toyu, övladı və nəvəsi doğulduğu gün.