Virus və bakteriyaların orqanizmə hücumundan sonra təhlükəli göbələk patologiyaları başlayır. Amma həkimlər və xəstələr bu təhlükənin ciddiliyini nəzərə almır.
"Medicina" xəbər verir ki, son illərdə göbələk infeksiyalarından ağırlaşma və ölüm statistikası artmaqdadır.
ÜST-ün məlumatına görə, göbələklər hər il təxminən 3,8 milyon insanı öldürüb.
Göbələk astma, vərəm, xərçəng xəstələri, orqan transplantasiyasından sonra insanlar üçün ən təhlükəlidir. Xəstəxana daxili infeksiyalar da getdikcə güclənir və super göbələyə çevrilir.
Şəkərli diabet, böyrək çatışmazlığı, astma diaqnozu qoyulmuş, eləcə də ciddi xəsarət almış insanların orqanizmində göbələk daha çox yayılır.
Göbələk təkcə dırnaqda, ayaqda, dəridə gördüyümüz göbələk deyil.
Göbələklər daxili orqanları belə əhatə edə bilir. Məsələn, Candida göbələyi beyinə kimi təsir edir.
Və hələ də göbələklərə qarşı müdafiə vaksini yoxdur.