Dünyanı “qocalma” epidemiyası alıb – 2050-ci ilə proqnoz

1
Fev
2024
01:56

Dünyada qlobal qocalma epidemiyası qeyd olunur. Belə ki, planetdə ahıl insanların sayı və yaşı artır.

“Medicina” xəbər verir ki, 30 ildə bu rəqəm 2 dəfə artacaq və 2050-ci ilə yaşı 70-i keçən insanların sayı 1,6 milyard olacaq.

ABŞ-da yayımlanan statistik məlumata görə, Yer üzü əhalisinin 65 yaşı haqlamış qisminin sayı 700 milyondur.

2050-ci ilə bu yaş qrupunun sayı 17% artaraq, 1,6 milyarda çatacaq.

Eləcə də yaşlı 80 olan ahıl insanların da sayı 30 ildə 3 dəfə artacaq.

Orta ömür 2050-ci ildə 76 yaşa çatacaq. Bu isə indikindən 8 yaş çoxdur.

Ekspertlər bildirir ki, qocalmanın artması səhiyyə sistemləri üçün ciddi siqnaldır.