B12 vitamini əskikliyi özünü saçların vəziyyətində də göstərir.
“Medicina” xəbər verir ki, alimlər B12 çatışmazlığının saçların erkən ağarmasının səbəbi olduğunu bildirib. Saçları tökülüb ağaranlarda B12, B9- fol turşusu və biotin çatışmır.
Təbii ki,burda genetika da unudulmamalıdır. Əgər nəsildə 30 yaşa kimi saçlar ağarırsa, bu qaçılmazdır.
Yox əgər bu tezlikdə saçların ağarmasını gözləmirdinizsə, o zaman bu vitaminləri yoxladın.
Əgər kifayət qədər ət, balıq, süd məhsulları yemirsizsə, B12 yoxlanmalıdır.
Fast-food yeyənlərdə, dieta saxlayanlarda, həyat və qida rejimi qeyri-sağlam olanlarda B12 defisiti mütləqdir.
B12 baş dərisinə də təsir edir. Çünki baş dərisi oksigen defisiti yaşayır, tük follikulları qidalanmır.
Bu zaman saçların təbii rəngi də solğun olur, hətta üz dərisi də solur.
Necə bilək ki, B12 çatışmır. Digər əlamətlərə diqqət!
- əl-ayaqda keyimə
- Anemiya
- Yeriməkdə səntirləmə
- Yorğunluq
- Yaddaş zəifliyi
- Qanazlığı
- Təşviş, depressiya