Azərbaycana edilən təklif faciədir - Yeqiazaryan

31
Yan
2024
16:28

"Azərbaycanla qarşılıqlı hücum etməmək barədə pakt imzalamaq təklifi Ermənistan üçün faciədir. Məsələlər bir-biri ilə o qədər ziddiyyət təşkil edir ki, bunu şərh etmək belə mümkün deyil. Guya bununla sülh müqaviləsi imzalananadək vaxt qazanırlar. Bu, yanlışdır".

Azreform.info xəbər verir ki, bunu "Arabo” dəstəsinin komandiri Manvel Yeqiazaryan erməni mediasına müsahibəsində deyib.

O əlavə edib ki, sabah hakimiyyət Zəngəzuru icarəyə də verə bilər. "Praktikada belə hallar olub. Məcbur olub imza atarlar ki, Zəngəzuru 30-50 ilə veririk, guya daimi vermirik", - o qeyd edib.
 
Yeqiazaryan əlavə edib ki, Ermənistan Zəngəzuru verməsə, o zaman Azərbaycan maliyyə təzminatı tələb edə bilər: "Deyə bilərlər ki 50 milyard, ya da 100 milyard dollar ödəməlisiniz... Hakimiyyət elə axmaq vəziyyətdədir ki, istəyirlər, bu xalq öz istəyi ilə diz çöksün, başa düşürsən? 

Çünki elə vəziyyət yaradırlar ki, erməni əsgəri, erməni ordusu erməni dövləti olmayacaq və sabah Ermənistanın polisini azərbaycanlı edəcəklərsə, təəccüblənməyin. Hər şey mümkündür.

Xalqımızın 10 faizi bizi diz çökdürür, qalanları isə doymuş öküz kimi baxırlar ki, axırı nə olacaq".

Mürtəza
Azreform.info