Qızılcaya təkrar yoluxmaq mümkündürmü? – ARAŞDIRMA VİDEO

30
Yan
2024
11:56

Peyvənddən sonra da qızılcaya yoluxmaq mümkündür. Lakin, bu zaman xəstəlik ağır olmur.

Ölkə ərazisində yayılan qızılca xəstəliyi gündəmin əsas mövzusudur. Təkcə uşaqlar deyil, böyüklər arasında da müşahidə edilən yoluxmalar hər kəsdə təşviş yaradıb. Hətta bəzi vətəndaşlar, uşaq yaşlarında peyvənd olunmalarına baxmayaraq xəstəliyə yoluxduqlarını deyirlər.

Xezerxeber.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bunun normal olduğunu deyir.

Təyyar Eyvazov qızılcadan qorunmaq üçün ən təhlükəsiz və təsirli vasitənin məhz peyvənd olduğunu bildirir.

Ekspert onuda əlavə edib ki, daha əvvəl qızılca xəstəliyi keçirən insan yenidən bu xəstəliyə yoluxmur. Eyni zamanda, iki doza peyvənd olunanlar da xəstəliyə ya yoluxmur, ya da yüngül formada keçirir.