Fatih Terimlə Luçeskunun oğlu arasında dava düşdü - FOTO

29
Yan
2024
14:00

Yunanıstan Liqasında çempionluq uğrunda mübarizə aparan Fatih Terimin komandası "Panatinaikos" “PAOK”un qonağı olub. 

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, matçın 56-cı dəqiqəsində Kiril Despodovun qolundan sonra iki komandanın ehtiyat oyunçuları arasında mübahisə yaranıb.

Bu zaman Fatih Terimlə “PAOK”un baş məşqçisi Razvan Luçeskunun oğlu arasında gərginlik yaşanıb. 

Fatih Terimin köməkçisi Necati Ateş sarı vərəqə alıb.

Polis gərginliyi sakitləşdirməkdə çətinlik çəkib.

Qeyd edək ki, qarşılaşmada meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

Günay