Ulduz futbolçunun evini qarət etdilər

28
Yan
2024
20:56

"Barselona"nın müdafiəçisi Jül Kunde İspaniya Primerasının 22-ci turunun "Vilyarreal"la oyununda (3:5) iştirak edərkən evi qarət edilib.

Azreform.info xəbər verir ki, bu barədə RAC1 məlumat yayıb. Mənbənin məlumatına görə, hücum edənlər fransalı müdafiəçinin Sitges şəhərində yerləşən evinə daxil olublar. Lakin hazırda Kundenin evindən dəqiq nəyin oğurlandığı barədə məlumat yoxdur.

Bu, bir il ərzində fransız futbolçunun evində baş verən ikinci oğurluq hadisəsidir. 2023-cü ilin aprelində qarətçilər Kundenin mənzilinə soxularaq onu qarət etdilər. Futbolçunun özü həmin anda “Betis”lə oyunda (4:0) iştirak edib.