Rusiya-Gürcüstan sərhədində 700-dən çox avtomobil dayanıb

20
Noy
2023
19:44

Əlverişsiz hava şəraiti ilə bağlı bağlanan Gürcüstan Hərbi Yolunda 700-dən çox avtomobil Rusiyadan Gürcüstana getmək üçün gözləyir.

Azreform.info xəbər verir ki, bu barədə TASS Şimali Osetiya Dövlət Yol Müfəttişliyinə istinadən məlumat yayıb.

“Ümumilikdə növbədə 600-dən çox ağır yük maşını və 100 sərnişin maşını var”, - agentliyin həmsöhbəti bildirib.

Noyabrın 19-dan hava şəraitinin pisləşməsi ilə əlaqədar yol bütün nəqliyyat növlərinin hərəkəti üçün bağlanıb.