Özünüz də görürdünüz ki, qorxaq futbol oynadırdı. Çox təəssüf ki, “Neftçi”nin adına yaraşan oyun sərgilənmirdi.
“Azreform.info ” sportal.az-a istinadən xəbər verir ki, bunu “Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov sabiq baş məşqçiləri Adrian Mutunun komandadan ayrılmasından danışarkən deyib.
“İstədiyimiz yerdə qərarlaşmasaq da, nəticə baxımından kritik deyildik. İkinci pillədən cəmi 1 xal geridəydik. Oyun tərzinə gəldikdə isə özünüz də görürdünüz ki, qorxaq futbol oynadırdı. Çox təəssüf ki, “Neftçi”nin adına yaraşan oyun sərgilənmirdi”.