Tayvanda yanvarın 20-dən bəri davam edən soyuq hava nəticəsində yüzlərlə insan həlak olub.
Azreform.info “taiwannews.com”a istinadla xəbər verir ki, son 48 saatda 145 nəfər olmaqla ümumilikdə 294 nəfər ölüb.
Temperatur 10 dərəcədən aşağı düşüb.
Milli Yanğından Mühafizə Agentliyinin (NFA) verdiyi məlumata görə, həyatını itirənlər xroniki xəstələrlə yanaşı yaşlılardır.
Həyatını itirənlərin ölüm səbəbi ani ürək dayanması olaraq açıqlanıb.
Həmçinin ürək-damar xəstələri və yaşlılar soyuq hava şəraiti ilə bağlı diqqətli olmaları barədə xəbərdarlıq edilib.
Günay