İran Fars körfəzinin dibi ilə nəqliyyat tunelinin tikintisi ilə bağlı danışıqlar aparmaq üçün Qətərə bir qrup mütəxəssis göndərəcək.
Azreform.info Axar.az-a istinadən xəbər verir ki, bunu İranın vitse-prezidenti Məhəmməd Rza Arif Qətərin İrandakı səfiri Saad bin Abdulla Əl-Məhəmməd Əl Şəriflə görüşündə deyib.
“Hər iki ölkə bu böyük planın həyata keçirilməsini arzulayır və İran artıq ilkin araşdırmalar aparmaq üçün mütəxəssislər qrupu yaradıb və yaxın həftələrdə Dohada danışıqlara göndəriləcək”, - Arif bildirib.