Minaya düşən hərbçimiz Bakıda əməliyyat olunacaq

11
Noy
2024
10:42

Goranboyda minaya düşən hərbçimizdən xəbər var.

Azreform.info -ın "Unikal"a istinadən məlumatına görə, dünən Gülüstan ərazisində ermənilər tərəfindən basdırılmış minaya düşərək sağ ayağının pəncə nahiyəsindən ağır xəsarət alan 1995-ci il təvəllüdlü Qədim İbrahimov bu gün paytaxtda yerləşən klinikalardan birində əməliyyat olunacaq.

Onun pəncəsinin amputasiya olunmasına qərar verilib.