Bakıdakı apteklərdən birində insident baş verib.
Azreform.info Sfera.az-a istinadən xəbər verir ki, aptek müdiri olduğu iddia edilən Cabbarov Elnur Elman oğlu işçisi Aysel adlı xanımı vəhşicəsinə döyüb.
Belə ki, müdir işçini yumruqlayaraq, təpikləyərək yerdə sürüyüb.
Sayt Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb. DİN-dən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə məlumat veriləcək.