Qana millisinin baş məşqçisi Kris Hyuton istefaya göndərilib
. “Qafqazinfo” xəbər verir ki, bu barədə Qana Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, komandanın uğursuz çıxışı çalışdırıcının vəzifəsindən ayrılmasına səbəb olub. Qurum onunla birlikdə köməkçilərini də yola salıb.
Qeyd edək ki, Qana yığması Afrika Millətlər Kubokunda yer aldığı qrupda üçüncü yeri tutub və 1/8 finala yüksələ bilməyib.