“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan çempionatında tətbiq olunan VAR-la bağlı növbəti dəfə narazılığını bildirib.
“Azreform.info ” xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
Paylaşımda əvvəlcə Misli Premyer Liqasının 19-cu turunun “Səbail” – “Zirə” matçında (0:0) qonaq komandanın futbolçusu Rüstəm Əhmədzadəyə qarşı ayaqla sərt toxunuşun penalti kimi qeydə alınmaması əks olunub. Ardınca isə Afrikada çəkildiyi ehtimal olunan, hakimlərin epizodlardan birini həvəskar səviyyədə - kiçik videokamerada izləməsi anı yer alıb. Həmin epizoda Sadıqov “Zirə”nin oyunlarında" şərhini yazıb.
Qeyd edək ki, “Səbail” – “Zirə” oyunun baş hakimi Fərid Hacıyev olub. O, VAR-a baxdıqdan sonra R.Əhmədzadəyə qarşı epizodu qayda pozuntusu kimi qeydə almayıb.