Niderland Müdafiə Nazirliyi 5 mindən çox əsgər və 2 gəmi göndərəcəyini açıqladı

23
Yan
2024
20:35

Niderland NATO-nun son onilliklərin ən böyük “Steadfast Defender 2024” təlimində iştirak etmək üçün 5 mindən çox əsgər və 2 gəmi göndərmək niyyətindədir.

Azreform.info xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, təlimlər zamanı qoşunların döyüşə hazır vəziyyətə gətirilməsi, məşq toplanışı və bölmələrin münaqişə zonasına çıxarılması məşq ediləcək.

NATO-nun “Steadfast Defender 2024” təlimi 2024-cü ilin fevral-may aylarında Avropada keçiriləcək. Təlimdə ittifaqın 31 ölkəsi və İsveç iştirak edəcək.