"Budəfəki seçkilərin maraqlı bir tərəfi var ki..."

22
Yan
2024
16:21

"Budəfəki seçkilərin maraqlı bir tərəfi var ki, gənc olaraq məni çox sevindirdi. Azərbaycanda siyasətin siması yaş olaraq dəyişməkdədir və elə bir dövrə çatırıq ki, artıq bizim nəsil – özümüz, yaşıdlarımız siyasi səhnəyə çıxır".

Azreform.info xəbər verir ki, bu sözləri jurnalist Rusif Məmmədsoy bildirib.

O müşahidəsinə əsasən vurğulayıb ki, bir çox namizədlərin PR işlərini, təbliğatını aparan komandalarda xeyli sayda gənc var.

"Söz yox ki, bu seçkinin bir qalibi və bir bəlli qazananı var. Heç kim də buna şübhə etmir. Amma maraqlı olan nədir? Müşahidəm göstərir ki, bir çox namizədlərin PR işlərini, təbliğatını aparan komandalarda xeyli sayda gənc var.

Bu proseslər özüylə həmin şəxsləri də siyasət arenasına daşıyacaq.

İki gün əvvəl Əzizin (Əlibəyli siyasi şərhçi) videosu qarşıma çıxdı. Ortaya qoyduğu mövqe, ifadə etdiyi fikirlərlə bu seçkilərdə yadımda qalan simalardan biri olacaq.

Siyasi arena və proseslər belədir, mütləq siyasətçi yetişdirməlidir".