İsmayıllı rayonu, Eyyubbəyli kəndi ərazisində baş verən yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisədə xəsarət alan Ağsu rayon Padar kənd sakini 1996-cı il təvəllüdlü Atamalızadə Elşən Seymur oğludur.
O, əvvəlcə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sonra isə vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
***
İsmayıllıda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin avtomobildə sıxılı vəziyyətdə qalıb.
Azreform.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rayonun Eyyubəyli kəndinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Müəyyən olunub ki, “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobillərdən birinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar təhqiqat aparır.