Almaniyada yaşayan Əhliman adlı azərbaycanlı dava zamanı öldürülüb.
“Azreform.info ” xəbər verir ki, bu barədə Almaniyada yaşayan şəxslər məlumat verib.
Mingəçevir şəhərindən olan və bir müddətdir Almaniyada çalışan Əhlimanın moldovalı şəxslərlə dava-dalaş zamanı baş nahiyəsindən ağır xəsarətlər alması və xəstəxanaya çatdırıldıqdan az sonra vəfat etdiyi bildirilib.
Qeyd edilib ki, dava kafedə başlayıb.
Vəfat edən şəxsin nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.