Azərbaycan atleti Çexiyada gümüş medal qazanıb

21
Yan
2024
09:42

Azərbaycan atleti Nazim Babayev Çexiyanın Yablonets nad Nisou şəhərində keçirilən Dünya Atletikasının bürünc səviyyəli turnirində gümüş medal qazanıb.

Azreform.info ın məlumatına görə, idmançı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda uzunluğa tullanma növündə 7.51 metr nəticə göstərib.

O, yalnız yerli atlet Radek Yuşkadan geri qalıb.