İran "Soraya"nı orbitə çıxardı

20
Yan
2024
22:21

İran "Soraya" peykini orbitə çıxarıb.

Azreform.info xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Məlumata görə, SEPAH Aerokosmik Qüvvələri “Soraya” peykini 11 dəqiqə ərzində Yerdən 750 kilometr yüksəklikdəki orbitə uğurla qaldırıb:

"İran Kosmik Agentliyi tərəfindən istehsal edilən tədqiqat peyki “Qaem-100” daşıyıcı raketindən istifadə edilməklə orbitə buraxılıb. "Qaem-100" SEPAH Aerokosmik Qüvvələri tərəfindən hazırlanmış üç mərhələli bərk yanacaq daşıyıcı raketdir".

Bildirilir ki, peykin çəkisi təxminən 50 kiloqramdır.(Axar.az)