Şəkərin insan sağlamlığına təsirini araşdıran Britaniyanın Action on Sugar ictimai təşkilatı araşdırma apararaq İngiltərədəki restoran və kafelərdə təklif olunan bəzi desert və içkilərin tərkibində insanlar üçün təhlükəli miqdarda şəkər olduğunu müəyyən edib.
700-dən çox müxtəlif desert və içkilər üzərində aparılan araşdırma, bəzilərində 133 qrama qədər şəkərin olduğunu müəyyən edib. Azreform.info xəbər verir ki, “Daily Mail” yazır ki, tez-tez sağlam kimi reklam edilən smuzilər xüsusilə təhlükəli idi, amma əslində çox şirin oldular.