“Səbail”in futbolçusu müayinə üçün Türkiyəyə gedəcək

19
Yan
2024
16:14

“Səbail” klubunun futbolçusu Ağabala Ramazanov müayinə üçün həftəsonu Türkiyəyə gedəcək.

Bu barədə “Azreform.info ”a Premyer Liqa təmsilçisinin baş məşqçisi Şahin Diniyev məlumat verib.

O bildirib ki, zədə səbəbindən mövsümü başa vuran 31 yaşlı hücumçu qardaş ölkədə özəl xəstəxanaların birində müayinədən keçəcək: “Ağabala Ramazanovun müalicəsi davam edir. Bu, ciddi zədədir, həssas yanaşmaq lazımdır. Hazırda komanda ilə məşq etmir. İnanırıq ki, bu problemi aradan qaldıraraq komandamıza qoşulacaq”.

Qeyd edək ki, Ağabala Ramazanov “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII turunun oyununda ciddi zədə alıb. Forvard görüşün 45-ci dəqiqəsində rəqiblə toqquşduqdan sonra yerə yıxılaraq hərəkətsiz qalıb. Tibbi heyətin müdaxiləsindən sonra futbolçu xəstəxanaya çatdırılıb.