Gəncədə yeniyetmə qız itkin düşüb.
“Ölkə” xəbər verir ki, Gəncə şəhəri Zərdabi küçəsində yaşayan G.Nurullayeva polisə müraciət edərək onunla birgə yaşayan övladı, 2010-cu il təvəllüdlü N.Nurullayevanın itkin düşdüyünü bildirib. O qeyd edib ki, qızı yanvarın 18-də Gəncədə təhsil aldığı 27 saylı orta məktəbdən çıxıb və evə qayıtmayıb.
Oxşar hadisə Bakının Yasamal rayonunda da baş verib. 2008-ci il təvəllüdlü L.Pərvanənin yanvarın 17-dən itkin düşməsi barədə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciət daxil olub.
Hər iki fakt üzrə araşdırma aparılır.