Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Araz Nəzərov dünyasını dəyişib.
Azreform.info -ın məlumatına görə, 52 yaşlı A.Nəzərov İnstitutun Təhcizat şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Yaxınlarının dediyinə görə, şöbə müdiri bir müddət əvvəl əməliyyat olunub, sonradan isə narahatlıqları artmağa başlayıb. Onun ölüm səbəbi barədə dəqiq məlumat verilməyib.
Allah rəhmət eləsin!
Billurə