Bakıda kişi dəm qzından boğulub öldü

19
Yan
2024
09:35

Bakıda 35 yaşlı kişi dəm qazından ölüb.

Azreform.info xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Elyar Şalikov Motodrom adlanan ərazidə nömrəsiz fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.