Qərb dövlətləri Moskva, Bakı və İrəvan arasında üçtərəfli sazişlərin həyata keçirilməsinə imkan vermək istəmir. Avropa İttifaqı və ABŞ isə Rusiyadan yan keçməklə Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasını özlərinə məxsus üsullarla təşkil etmək istəyirlər.
Azreform.info xəbər verir ki. bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Deməyə bütün əsaslarım var ki, Qərb Rusiyanın vasitəçiliyi ilə İrəvanla Bakı arasında bağlanmış razılaşmaların baş tutmasına imkan vermək istəmir. Delimitasiya problemi də nəzərdən keçirilə bilər. Tərəflər Rusiya tərəfinin məsləhətçi qismində iştirak edəcəyi delimitasiya komissiyası yaradacaqları barədə müqavilə imzalayıblar. Bizi ora dəvət etmirlər.
Təəssüf ki, Qərbin bu cür eqoist istəkləri həm Ermənistanın, həm də Azərbaycanın yerli istəklərinin reallaşmasına mane olur”, - Lavrov bildirib.
Mürtəza
Azreform.info