Masazırda gözəllik salonunda YANĞIN - VİDEO

18
Yan
2024
08:56

Abşeron rayonu Masazır qəsəbəsində yanğın hadisəsi baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Məlumata görə, gecə saatlarında hündürmərtəbəli binada yerləşən gözəllik salonunda yanğın qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.