Azərbaycanda kollec binası yanır: zəhərlənənlər var - VİDEO  (YENİLƏNİB)

18
Yan
2024
01:00

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib.

Bu barədə "Report"un hadisə yerində olan əməkdaşı xəbər verir.

Zərərçəkənlərə tibbi yardım göstərilib.

Qeyd edək ki, yanğınla mübarizə tədbirləri davam etdirilir. Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb. FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

Eyni zamanda yanğına əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib. Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

Əlavə məlumat veriləcək.

***

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğına əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.

Bu barədə Azreform.info -a DİN-in mətbuat xidmətindən bildirilib.

Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

***
Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğında baş verən yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib.

Bu barədə “Report”un hadisə yerində olan əməkdaşı xəbər verib.

Qeyd edək ki, əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri və təcili yardım cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-dən Azreform.info a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Sumqayıt Dövlət Texniki Kollecin binasında yanğın baş verib.

Oxu.Az xəbər verir ki, inzibati bina yataqxana kimi də fəalliyyət göstərir. Belə ki, binanın üst mərtəbəsində tələbələrdən əlavə məcburi köçkünlər də orada qalırlar.

Həmin görüntüləri təqdim edirik: