Paytaxtda qadın mağazadan paltarlar oğurladı

18
Yan
2024
00:56

Bakıda mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nəsimi rayonu ərazisindəki mağazaların birindən 680 manat dəyərində geyim əşyası oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.