Kürdəmirdə Dövlət Məşğulluq Agentliyinin xidməti avtomobili qəzaya düşüb.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun ucqar kəndi olan Çöl-Qubalı kəndində qeydə alınıb.
Belə ki, 77 YD 546 nömrə nişanlı "Mitsubishi" markalı avtomobilin sürücüsü kənd ərazisində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb. Avtomobildə olan sürücü və sərnişin kənd sakinlərinin köməyi ilə sudan çıxarılıb.
Hadisə zamanı avtomobilə ciddi ziyan dəyib.