Rusiyada 2 minə yaxın etirazçı polislə toqquşdu - VİDEO

17
Yan
2024
15:21

Rusiyanın tərkibində olan Başqırdıstan Respublikasında fəala hökm oxunduqdan sonra kütləvi iğtişaşlar başlayıb.

Azreform.info rus mediasına istinadən xəbər verir ki, Baymak şəhərində fəal Fail Alsınova kütləvi dəstək nümayişi olub. Məhkəmə binası qarşısında 2 minə yaxın etirazçı və 600-dən çox polis əməkdaşı toplaşıb. Etirazçılar polisə qar və buz atıblar. 

Başqırd teleqram kanalları qeyd edir ki, izdihamı dağıtmaq üçün səs-küylü qumbaraatanlardan və gözyaşardıcı qazdan istifadə edilib.

Fasil Alsınov başqırd fəalıdır və “Başkort” hərəkatının liderlərindən biridir. Müstəntiqlərin bildirdiyinə görə, 2023-cü il aprelin 28-də Alsınov mitinqdə Qafqaz və Orta Asiya millətlərindən olan insanlara münasibətdə “mənfi məzmunlu” nitqlə çıxış edib. O, “kara xalq” – “qara xalq” ifadəsini işlədib. Fəal “Nifrət və ya düşmənçiliyin salınması” maddəsi ilə 4 il müddətinə ümumi rejimli koloniyaya salınıb. Alsınov özünü təqsirli hesab etmir və məhkəmə qərarından apellyasiya şikayəti verməyi planlaşdırır.

Azreform.info