Noyabrın 10-da Suriyanın paytaxtı Dəməşqin cənubundakı Seyyidə Zeynəb ərazisində partlayışlar baş verib.
Azreform.info APA-ya istinadən xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) monitorinq mərkəzi İsrailin növbəti dəfə bölgəyə hücum etdiyini açıqlayıb.
Bölgədəki yaşayış binalarının raket atəşinə tutulması nəticəsində azı 6 nəfərin həlak olduğu, 15 nəfərin isə yaralandığı bildirilir.